Türkiyədə rusiyalıların bank hesabı açması çətinləşdi – Səbəb bəllidir

Türkiyədə Rusiya vətəndaşlarının bank hesabı açarkən çətinliklərlə üzləşməsinə səbəb Qərbin sanksiyalarıdır.

Bu barədə “RİA Novosti” agentliyinə Türkiyənin dövlət banklarından birindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, rusiyalıların bank hesablarına tələbatı davam etsə də, maliyyə qurumları sanksiyalar şəraitində Rusiya vətəndaşlarına xidmət göstərməyin mümkün nəticələrini nəzərə almağa məcburdurlar.

“Banklar Qərbin sanksiyalarına görə risk etmək istəmirlər. Müştərilərə çoxlu şərtlər qoyurlar”, – deyə mənbə bildirib.

Maliyyə təşkilatının nümayəndəsinin sözlərinə görə, son vaxtlar Türkiyə bankları rusiyalılardan bu cür hallarla bağlı mütəmadi şikayətlər alırlar.