Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu

Ukrayna ötən axşamdan Moskva regionu istiqamətində bu ilin ən böyük hücumlarından birini həyata keçirib. 

Bu barədə məlumat rəsmi statistikada yer alıb. 

12 oktyabr saat 20:30-dan 13 oktyabr saat 07:00-dək Moskva regionu istiqamətində uçan 417 dron qeydə alınıb.

Sobyanin dronların böyük hissəsinin hərbi hava qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirildiyini, 65 dronun isə Moskva yaxınlığında vurulduğunu bildirib.