Azərbaycanda artrit xəstəliyi (oynaqların iltihabı) ilə əlaqədar əlilliyi olan 2 101 nəfər qeydiyyatdadır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 114 nəfəri gənclik (yuvenil) artriti, 926 nəfəri seropozitiv revmatoid artrit, 1 061 nəfəri isə digər revmatoid artritlər diaqnozu ilə qeydiyyatdadır.
Qeyd edək ki, 12 oktyabr – Dünya Artritlə Mübarizə Günüdür. Bu günün qeyd edilməsinin məqsədi oynaqların iltihabı, ağrı, şişkinlik və hərəkət məhdudluğu ilə xarakterizə olunan xəstəliklərə diqqət çəkmək, onların erkən aşkarlanmasının və vaxtında müalicəsinin əhəmiyyətini vurğulamaqdır.



