Azərbaycan vətəndaşları Ermənistana keçib?

Ermənistan Milli Təhlükəsizlik Xidməti üç Azərbaycan vətəndaşının ölkəyə daxil olması ilə bağlı məlumatları təkzib edib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“İnformasiya doğru deyil”, – məlumatda deyilib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mediası Mehri bölgəsində Azərbaycandan daxil olduğu iddia edilən üç nəfərin axtarıldığı barədə məlumat yaymışdı.