Husilər Ər-Riyad aeroportunu vurdular

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən beynəlxalq aeroporta ballistik raket zərbəsi endirib.

Bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria sosial şəbəkə hesabında paylaşım edib.

Onun iddiasına əsasən, raketin birbaşa hədəfə dəyməsi səbəbindən paytaxt aeroportunda uçuşlar tamamilə dayandırılıb. Eyni zamanda, husilərin rəsmisi beynəlxalq hava yolu şirkətlərinə müraciət edərək Səudiyyə Ərəbistanı səmasında uçuşları dayandırmağa çağırıb.

O vurğulayıb ki, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə istisna olmaqla, krallığın bütün hava məkanı hərbi əməliyyatlar meydanına çevrilib.