2026-cı ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 630.4 milyon manat vergi daxil olub.
Bu da proqnoza nisbətən 913.4 milyon manat çoxdur.
2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174.6 milyon manat və ya 9.4 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332.6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292.6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159.3 milyon manat və ya 12.6 faiz artıb.
2026-cı ilin yanvar – sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59.7 milyon manat olub, proqnozdan əlavə 267.2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401.6 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179.9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139.5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758.8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.



