Avropa Gürcüstanda dövlət çevrilişi planlaşdırıbmış – Kaladzedən sensasion iddia

Tbilisi meri və hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri Kaxa Kaladze bildirib ki, 4 oktyabr 2025-ci il hadisələri Avropadan təşkil olunub.

Kaladzenin dedikləri paytaxtın mərkəzində keçirilən kütləvi etiraz aksiyasına aiddir və bundan sonra bəzi etirazçılar Gürcüstan prezident sarayına girməyə cəhd ediblər.

Kaladze jurnalistlərə bildirib ki, “4 oktyabr hadisəsi ilə bağlı Avropa strukturlarından yalnız təşviq eşitdik, çünki çevriliş cəhdi onlar tərəfindən maliyyələşdirilib”.

Onun sözlərinə görə, bir il keçməsinə baxmayaraq, müvafiq Avropa strukturlarından heç bir reaksiya olmayıb.

“Avropa qurumlarından heç bir açıqlama eşitmədim – əksinə, yalnız təşviq var idi, çünki bütün bunlar onlar tərəfindən planlaşdırılmışdı. Onların köməyi və maliyyələşdirilməsi ilə dövlət çevrilişi və inqilaba yönəlmiş kampaniya başladı. Onların əsas məqsədi ölkədəki mövcud hökuməti devirmək idi”, – Kaladze deyib.