Körpələr üçün süni ana bətni hazırlandı – Onlar ikinci dəfə doğulacaqlar

0
637

Şar formasında olan süni ana bətnləri hesab edilən bu inkubatorlar xüsusi otaqda asılı vəziyyətdə saxlanılır

Hər il dünyada 15 milyon körpə vaxtından bir neçə həftə, hətta bəzən bir ay öncə doğulur. İnsanlar arasında “yarımçıq” adlandırılan belə körpələrin yarısı dünyasını dəyişir.

İnanılmaz statistika: Kənddə hər beşinci körpə nikahsız doğulur

Bu kimi halların qarşısını almaq, körpələri xilas etmək üçün Hollandiya alimləri süni ana bətni hazırlayıblar. İngilis mediasının istinadən xəbərinə görə, həddindən artıq böyük ölçüdə olan bu süni ana bətni inkubator adlanır. Şar formasında olan bu inkubatorların hamısı bir otaqda asılı vəziyyətdə saxlanılır.

Beləcə erkən doğulan körpə dərhal içi su ilə dolu olan süni ana bətninə yerləşdirilir. Bundan sonra isə ana bətnində olduğu kimi o süni ana bətninə ötürülən kiçik şlanq vasitəsilə qidalanır, lazım olan vitaminlər, inqridientlərlə təmin olunur. Bir neçə həftədən sonra isə o ikinci dəfə yenidən doğulur.