BMT-nin mənzil-qərargahında nə baş verib?

Nyu-Yorkdakı BMT mənzil-qərargahında Baş Assambleyanın 81-ci sessiyasının keçirildiyi vaxt eskalator sıradan çıxıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, eskalator Baş Assambleyanın ümumi siyasi müzakirələrinin üçüncü günü işləməyib.

Sentyabrın 8-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışı olub. Tədbir çərçivəsində ənənəvi olaraq yüksək səviyyəli həftə keçiriləcək, ümumi müzakirələr sentyabrın 22–26-na və sentyabrın 28-nə təyin olunub.