Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? – AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığının artması və taksidən istifadə edənlərin sayının çoxalması da qiymətlərin formalaşmasına təsir edən amillər sırasında göstərilir.

Bəs, taksi qiymətlərinin artmasına əsasən hansı amillər təsir edir və Bakıda tıxacların, eləcə də taksiyə olan tələbatın artmasının gedişhaqqının bahalaşmasında rolu nə qədərdir?Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMAMövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, taksi qiymətlərinin artımı ümumi nəqliyyat xidmətlərinin bahalaşmasına gətirib çıxara bilər.

“Burada nəzərə almaq lazımdır ki, taksi yalnız sərnişindaşıma xidməti göstərmir. Bəzi hallarda kuryer və çatdırılma xidmətlərinin qiymətləri də taksi tarifləri ilə əlaqəli olur. Bu baxımdan taksi, kuryer və çatdırılma xidmətləri arasında koordinasiyanın qorunması, eləcə də nəqliyyat axınlarının düzgün idarə olunması vacibdir. Bu xidmətlər bir-biri ilə sıx qarşılıqlı əlaqədədir və onların birgə fəaliyyəti nəqliyyat sisteminin ümumi axıcılığına təsir göstərir. Ona görə də nəqliyyat vasitələrinin idarə olunması və nəqliyyat axınlarının tənzimlənməsi zamanı bu amillər nəzərə alınmalıdır. Taksi və digər xidmətlər ayrı-ayrılıqda fəaliyyət göstərə bilsələr də, qarşılıqlı şəkildə bir-biri ilə sıx bağlıdırlar”.