Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib.
Bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib.
| Sıra№-si | Adı | Ölçü vahidi | Haqqın məbləğı (manatla, ƏDV daxil) |
| 1. | Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi | ədəd*reys | 30 |
| 2. | Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması | ||
| 2.1. | Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün | 2 |
| 2.2. | Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün | 3 |
| 2.3. | Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün | 5 |



