Rusiya Kiyevə kütləvi zərbə endirdi: Bu obyektlər vuruldu

Rusiya ordusu Kiyevə kütləvi zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında Rusiya Silahlı Qüvvələri uzaqmənzilli pilotsuz uçuş aparatları, həmçinin qurudan, havadan və dənizdən buraxılan yüksək dəqiqlikli silahlardan istifadə edib.

Nazirliyin məlumatına görə, Kiyevdə hərbi sənaye müəssisələri, pilotsuz uçuş aparatlarının istehsalı və yığılması ilə məşğul olan obyektlər, eləcə də sursat anbarı vurulub.

Kiyev vilayətində isə Martusovka nəqliyyat-logistika mərkəzi və Brovarıdakı yanacaq-sürtkü materialları anbarının hədəfə alındığı bildirilib. Rusiya tərəfi anbarda Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan 8 min kubmetrə qədər yanacağın saxlanıldığını iddia edib.

Bundan əlavə, avqustun 19-u axşam saatlarında Çernomorsk və Yujnı limanlarında hərbi əmlakın saxlanıldığı anbarlara zərbələr endirildiyi açıqlanıb.