Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən təyin olunmasını təsdiqləyib.
Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Səsvermə zamanı 266 deputat Sibiqanın namizədliyinin lehinə səs verib.
Sibiqa bundan əvvəl Ukrayna hökumətinin istefasından sonra xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi. Yeni qərarla onun bu vəzifədə səlahiyyətləri rəsmiləşdirilib.
Qeyd edək ki, iyulun 14-də Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun və hökumətin bütün tərkibinin istefasını təsdiqləmişdi. Ukrayna qanunvericiliyinə əsasən, hökumət rəhbərinin istefası kabinetin digər üzvlərinin səlahiyyətlərinin də başa çatmasına səbəb olur.



