Bakıda agentlik bir yolu bağlayıb yeddi alternativ verdi

0
489

Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq

Aparılan təmir işləri ilə əlaqədar oktyabr ayının 17-dən 18-nə keçən gecədən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumatda bildirilib ki, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq. Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddətdə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərindən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.