“Barselona” “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

“Barselona” “Fənərbağça”nın qapıçısı Dominik Livakoviçin transferini bitirmək üzrədir.

Kataloniya təmsilçisi xorvatiyalı qolkiperin keçidi üçün İstanbul klubu ilə razılıq əldə etməyə yaxındır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bu transferin baş tutacağı təqdirdə “Fənərbaxça” 3-4 milyon avro civarında gəlir əldə edəcək.

Livakoviçlə keçmiş klubu “Dinamo” (Zaqreb) da yaxından maraqlanırdı. Lakin onlar 31 yaşlı qapıçı üçün transfer məbləği ödəmək istəmirdi. (Offsideplus.az)