Hamı sülh gözləyirdi, İran ABŞ əsgərlərinin başına pul qoydu

İran Ordusunun Baş Qərargah rəisi Əmir Hatəmi maraqlı təklif irəli sürüb. 

Hatəmi iranlılara əsir götürülən və ya öldürülən hər bir ABŞ əsgəri üçün mükafat vəd edib.

Belə ki, istənilən iranlı hər bir öldürülən ABŞ əsgəri üçün 30.000 dollar ala biləcək. Hatəminin sözlərinə görə, mükafat üçün nəzərdə tutulan pullar İran xalqı tərəfindən bağışlanacaq.

Xatırladaq ki, əvvəllər də İran məmurlarının oxşar təkliflər irəli sürməsi barədə məlumatlar yayılmışdı. Məsələn, bu il ABŞ prezidenti Donald Trampa sui-qəsdə görə mükafat təklif edilmişdi. Mayın 15-də məşhur millət vəkili, İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bununla bağlı təklif olunan qanun layihəsinə 50 milyon avro mükafatın daxil edildiyini açıqlamışdı. Sənəddə amerikalı siyasətçidən əlavə, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper də yer alıb.