Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib

0
407

Cəlilabad Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” şüarı altında gənclərin yürüşü keçirilib.

Ümumrayon yürüşü Cəlilabad şəhərindəki Xatirə parkından başlayıb. Yürüş iştirakçıları Heydər Əliyev prospekti boyunca hərəkət edərək Bayraq meydanında gənclərin fləşmobu ilə başa çatıb.

Yürüşdə 3000-ə yaxın gənc iştirak edib