Əhaliyə 123 milyon manata yaxın ƏDV geri qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində 123 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 122 milyon 83,6 min manat olub.

2026-cı ilin yanvar – iyul aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 5 milyon 248,1 min manat təşkil edib.