Deputat “Sülh çeşməsi” ilə bağlı çağırış etdi

0
410

Dünyadakı türkləri birliyə, qardaş Türkiyənin yanında olmağa, dəstək verməyə çağırırıq.
Bu barədə millət vəkili Qənirə Paşayeva qeyd edib.
“Sülh çeşməsi” hərəkatına dəstək verməklə, düşmənə də, dost bildiklərimizə də ciddi mesaj verməliyik. “Məsələ Vətəndirsə, gerisi təfərrüatdır” deyən millətin övladı olduğunuzu unutmayın.

Türk millətini qorxutmaq istəyənlərə Çanaqqala dastanını xatırladın. Çoxu “bitdi” deyəndə “biz “bitdi” demədən bitməz” deyib küllərindən doğularaq dastan yazan millətin adıdır Türk! Rəbbim, türk ordusuna qələbə nəsib et!” – Q.Paşayeva bildirib.