Rusiya və Çin öz ərazilərində anomal obyektlər aşkar ediblər.
“New York Post” (NYP) qəzetinin məlumatına görə, söhbət Moskva və Pekinin rekonstruksiya etməyə cəhd etdiyi, vurulmuş naməlum uçan obyektlərdən (UFO) gedir.
Rusiya Federasiyası və Çində tapılan anomal obyektlər haqqında açıqlamanı “UAP Disclosure Foundatio” təşkilatının icraçı direktoru Cordan Flauers, bu yaxınlarda açıqlanmış UNO-lar haqqında sənədlərə əsaslanaraq verib.
Flaures deyib: “Bizim, həmçinin inanmaq üçün əsasımız var ki, Çin və Ruslar bununla əlaqəli əşyaları tapıblar və onları yenidən qurmağa cəhd ediblər”.
O xatırladıb ki, oxşar nəzəriyyələr əvvəllər Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat zabiti Devid Qruş tərəfindən də irəli sürülüb.




