Acın Ilıcalının başı dərddə – Klubu cəzalana bilər

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” Premyer Liqasına qayıdır, lakin bu nailiyyətin sevinci klubla bağlı davam edən araşdırmanın kölgəsində qala bilər.

“Pələnglər” maliyyə feyr-pleyi üçün təsdiq edilmiş məbləğdən təxminən 7-8 milyon avro artıq xərcləyiblər.

Əgər bu təsdiqlənərsə, “Hall Siti” mövsümə mənfi 6 xalla başlaya bilər.

Klub bir neçə oyunçunu icarəyə verməklə xilas ola bilər, lakin digər tərəfdən, yenidən yüksək liqaya qayıtmaqla, istedadlı oyunçulara indi əvvəlkindən daha çox ehtiyac var.