AktualCəmiyyət Xankəndi şəhərinə daha 18 ailə yola salındı İyun 19, 2026 11:00 Baxılıb: 634 Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə şəhərə 18 ailə – 68 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.