Azərbaycanda iyunun 18-də hava əsasən isti və yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində havanın maksimal temperaturu 36 dərəcəyə qədər yüksələcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 19-22°, gündüz isə 30-35° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm-ə enəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-50% arasında dəyişəcək.
Bölgələrdə də hava əsasən sabit və yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağışların düşəcəyi istisna edilmir. Bəzi ərazilərdə gecə və səhər saatlarında duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 19-22°, gündüz 31-36°, dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti arasında dəyişəcək.




