ABŞ-ın Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra İran və Yeni Zelandiya millilərinin hərəsinin aktivində bir xal var. Komandalar G qrupunda müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.
Qrupun digər oyununda Belçika və Misir milliləri 1:1 hesablı heç-heçə ediblər.
İkinci turda İran millisi iyunun 21-də Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə iyunun 22-nə keçən gecə Misirlə üz-üzə gələcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.




