Bill Qeytsin keçmiş həyat yoldaşı Epşteyn haqda: İyrənc insan idi

Bill Qeyts ilə boşandıqdan sonra qadın hüquqları və sağlamlıq sahəsində fəaliyyətini davam etdirən Melinda Frenç, Cefri Epşteyn ilə bağlı açıqlamalar verib.

O, bu barədə “The Guardian” nəşrinə müsahibəsində danışıb.

Melinda Epşteyni “iyrənc bir insan” adlandıraraq onunla həyatında yalnız bir dəfə görüşdüyünü bildirib. O, müsahibə zamanı həmin anı xatırlayarkən emosional anlar yaşayıb.

“Onun etdiyi ədalətsizlik qarşısında ürəyim o gənc qızlarla birlikdədir,” – deyə o vurğulayıb.

Melinda Frenç həmçinin Epşteyn qurbanları üçün ədalətin tam təmin olunmadığını bildirib və “Ədalət sistemi öz işini görmədi” sözləri ilə sərt tənqid səsləndirib.