“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, bundan öncə “Qarabağ” mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.




