ABŞ və İranın ünlük qarşılıqlı anlaşma memorandumu imzalamağa hazırlaşdığı bildirilir.
Razılaşma atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını nəzərdə tutur. Bu müddət ərzində Hörmüz boğazının yenidən açılması, İranın neftini sərbəst şəkildə satması və nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqların aparılması planlaşdırılır.
Qeyd olunur ki, bu addım müharibənin miqyasının genişlənməsinin qarşısını almağa və dünya neft bazarına olan təzyiqi azaltmağa kömək edəcək. Bununla belə, razılaşmanın davamlı sülhə gətirib çıxaracağı və nüvə məsələlərini tam həll edəcəyi hələlik bəlli deyil.
“The New York Times” qəzetinin məlumatına görə isə, Vaşinqton və Tehran arasında hazırlanan sənəd layihəsi İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından necə imtina edəcəyi kimi əsas məsələləri hələ də əhatə etmir.




