Birinci Qarabağ şəhidinin anası dünyadan köçdü

Qəbələ rayonunun Vəndam qəsəbəsindən olan Birinci Qarabağ müharibəsi şəhidi Elsəvər Sabir oğlu Qocayevin anasının vəfat etmişdir

1970-ci ildə dünyaya göz açan Elsəvər Sabir oğlu Qocayev 1994-cü ildə könüllü olaraq Vətən torpaqlarının müdafiəsinə qalxmış, Birinci Qarabağ müharibəsində igidliklə döyüşərək Ağdam rayonunun İlxıcilar kəndi istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır, adına Vəndam qəsəbəsində küçə verilərək əbədiləşdirilmişdir.

Ömrü boyu şəhid övladının həsrəti ilə yaşayan ana, illərlə oğlunun yoxluğu ilə sınansa da, bu dərdi səbir və qürurla daşımışdır. Bu gün isə o müqəddəs ana da haqq dünyasına qovuşaraq, övladına olan sonsuz sevgisi ilə əbədiyyətə köç etmişdir.

Allah şəhidimiz Esəvər Sabir oğlu Kocayevə rəhmət eləsin, məqamını uca etsin.
Allah rəhmət eləsin şəhid anasına da, ruhu şad olsun.

Yaxınlarına səbr və başsağlığı diləyirik.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri