Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu

Ukraynada gərgin döyüşlər davam edir.

Rusiya Silahlı Qüvvələri daha bir Ukrayna yük gəmisini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb. Qeyd edilib ki, gəmiyə Odessanın şərqində zərbə endirilib.

Nazirliyin məlumatına görə, gəmi Ukrayna Silahlı Qüvvələri üçün hərbi məhsullar daşıyırmış. Zərbə gəmi tranzitdə olarkən dronlar vasitəsilə həyata keçirilib.