Yəmən ordusu ölkənin müxtəlif cəbhələrində keçirilən 257 əməliyyat nəticəsində husilərin ən azı 700 döyüşçüsünü zərərsizləşdirib, idarəetmə mərkəzlərini və silah anbarlarını məhv edib.
Bu barədə Yəmən ordusunun mətbuat katibi polkovnik Məcid ən-Nuzeyli açıqlama verib.
Səna, Midi, Mərib və Təizz cəbhələrində təyyarə, dron və artilleriya ilə endirilən zərbələr zamanı qruplaşmanın 170 hərbi texnikası da sıradan çıxarılıb.
“Hücumlar nəticəsində 700 husi döyüşçüsü neytrallaşdırılıb. Bu itkilər qruplaşmanın döyüş qabiliyyətinə ciddi zərbə vuraraq mülki əhaliyə hücum imkanlarını məhdudlaşdırıb” — deyə Nuzeyli qeyd edib.



