Aprel döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igid Vətən oğlu Əbdülməcid Axundov-un əziz xatirəsi bu gün dərin ehtiramla yad edilir.
Qeyd edək ki, şəhidimiz Əbdülməcid Axundov Sumqayıt şəhərində torpağa tapşırılıb. Onun şəhidliyindən 10 il ötür. Bu illər ərzində qəhrəman oğlumuzun xatirəsi daim hörmət və ehtiramla anılıb, göstərdiyi igidlik xalqımızın yaddaşında əbədi iz buraxıb.
Aprel döyüşləri Azərbaycan tarixində şanlı səhifələrdən biri kimi yadda qalıb. Məhz bu döyüşlərdə canlarını fəda edən igidlərimiz, o cümlədən Əbdülməcid Axundov kimi qəhrəmanlar Vətən torpağının bütövlüyü uğrunda ən ali zirvəyə ucalaraq adlarını tarixə qızıl hərflərlə yazıblar.
Şəhidimizin əziz xatirəsini dərin hüzn və qürur hissi ilə yad edir, onun ailəsinə səbir diləyirik. Xüsusilə anası, dəyərli Geyran xanıma Allahdan səbir və dözüm arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri









