Rusiyanın Tatarıstan Respublikasında yerləşən “Nijnekamskneftexim” zavodunda baş verən partlayış və yanğın nəticəsində Nijnekamsk şəhərində üç günlük matəm elan olunub.
Bu barədə şəhər meri Radmir Belyayev məlumat verib. Onun sözlərinə görə, bütün əyləncə tədbirləri ləğv edilib, bayraqlar yarıya endirilib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 72 nəfər yaralanıb.




