31 mart tarixi Azərbaycan xalqının yaddaşına qanlı faciə kimi həkk olunmuşdur. 31 Mart Azərbaycanlıların Soyqırımı 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir.
Bu qanlı hadisələr nəticəsində Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələr məhv edilmişdir.
Bu faciə təkcə insan itkisi ilə deyil, həm də xalqımızın mədəni irsinə və milli kimliyinə qarşı yönəlmiş ağır cinayət kimi tarixdə qalır.
1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən 31 mart günü “Azərbaycanlıların Soyqırımı Günü” kimi dövlət səviyyəsində qeyd olunur.
Bu gün biz həmin faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad edir, tariximizin bu acı səhifəsini unutmamağa və gələcək nəsillərə çatdırmağa borclu olduğumuzu bir daha xatırlayırıq.
🕯️ Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri




