Qəbələ rayonunun Bum qəsəbəsindən olan şəhid Adəm Heydərovun mövludu ehtiramla qeyd olundu.
Tədbirdə Qəbələ rayonunun şəhid ailələri, yazarlar, kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları və qohumları iştirak edərək əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə yad etdilər. Şəhidimizin keçdiyi şərəfli həyat yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsi xüsusi vurğulandı.
Belə tədbirlər xalqımızın qəhrəman övladlarının unudulmadığını, onların əziz xatirəsinin daim qəlblərdə yaşadığını bir daha sübut edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri




