Britaniyalı gənc süni intellektin “məsləhəti” ilə anasını çəkiclə öldürüb

Süni intellekt 18 yaşlı britaniyalı Tristan Robertsə anasını çəkiclə öldürməyi “məsləhət görüb”.

Hadisə ötən ilin oktyabrında baş verib.

Qatil ömürlük həbs cəzasına məhkum edilib.

Qadının meyiti Prestatində yerləşən Morfa qoruğunda aşkar olunub. Müşahidə kameralarının görüntüləri əsasında polis qadının evdən oğlu ilə birlikdə çıxdığını müəyyən edib.

İstintaq zamanı məlum olub ki, Roberts qətli törətmək üçün süni intellekt əsaslı çatbotdan məsləhətlər almağa çalışıb və ona silah kimi çəkicdən istifadə etməsi tövsiyə olunub. O, suallarını “kitab üçün araşdırma” kimi təqdim edib və sonradan təqsirini boynuna alıb.