Tramp Çinə bu tarixdə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı məlum olub.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ liderinin 14-15 may tarixlərində Pekində olacağını söyləyib.

Onun sözlərin görə, Tramp səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.

Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-a cavab səfəri isə 2026-cı ilin sonlarında baş tutacaq.