Hörmətli oxucular, Ramiz Mehdiyevin əsarətindən böyük sıxıntılarla canını qurtaran və bu gün də bütün bunlara baxmayaraq vətənini dövlətini, perzidentini bütün varlığı ilə sevən ictimai –xadim sədaqət rəmzi barədə söhbət açacam. O daima dövlətinin, prezidentinin, xalqının və vətəninin keşiyində heç bir təmənna güdmədən dayanan bir şəxsiyyətdir.
Xatırladım ki, 2003-cü il 15 sentyabrda yaranan “Sabitlik və İnkişaf Mərkəzi” təşkilat olaraq 2003-cü ildə Ramiz Mehdiyevin meydanlara çıxardığı radikal müxalifətə qarşı mübarizə aparan, həmişə Heydər Əliyeviin müqəddəs ideyalarına sədaqətlə xidmət edən, iddiasız, tamahsız bir vətənpərvər ideologiyasında böyümüş Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezdenti, Sabitlik və İnkişaf mərkəzinin sədri, İctimai Nəzarət koalisiyasının rəhbəri Rasim Məmmədova qarşı birdən birə haqsız və ədalətsiz hücum baş verib.
Qeyd edim ki, çox qısa bir müddətdə, yəni 15 oktyabrda Ramiz Mehdiyevin və onun ətrafında ona bağlı olan məmurların, deputatların müxalifətin dırnaqarası liderlərinin dövlətə xəyanət və dövlət çevrilişində iştirakı barədə yayılan xəbərlər Rasim Məmmədovun hələ uzun illər əvvəl açıqlamalarında yer alımışkən indi onun özünə qarşı R.Mehdiyev çetesi qara kompaniyaya start verib.
Bu bir faktdır ki, hələ 2003-cü il 15 oktyabrda küçələrə çıxarılan radikal müxalifətin hamısını R.Mehdiyev dolayı yolla təşkil eləmişdi. Elə bu hadisədən sonra “Sabitlik və İnkişaf Mərkəzi” isə 16 oktyabrda Rasim Məmmədov tərəfindən yaradıldı. Əsas məqsəd ölkədə sağlam və vətənpərvər qüvvələri təşkilat ətrafında birləşdirib Prezidentə dəstək vermək idi. Bəli bu təşkilat yarandığı gündən etibarən qısa müddət ərzində qarşıya qoyulan məqsədə nail ola bildi. Əlbəttə ki, bütün bunlar Rasim Məmmədovun sağlam və uzaqgörən düşüncəsi sayəsində baş tutdu.
Qeyd edim ki, 2005-ci ildə kütləvi həbslərdən sonra Sabitlik və İnkişaf Mərkəzi Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlıq memarandumu imzaladı. Bunun la da Azərbaycan mədəniyyətini dünyada təbliğ eləməyə başladı. Hətta qeyd edim ki, Türkiyədə baş verən məlum hadisələrlə bağlı bəzi məqamların açılmasına böyük dəstək oldu. “Xocalı soyqırımı” barədə Rusiyada, Türkiyədə, Başqırdıstanda və dünyanı bir çox ölkələrində böyük tədbirlər keçirdi. Ali təhsil müəsissələrində və məktəblərdə bu soyqırım və Azərbaycan mədəniyyətinin tarixi barədə böyük layihələr həyata keçirməyə nail oldu…
Ortaya belə bir sual çıxır. Nədən ölkə və xalq üçün bu qədər böyük xidmətlər göstərən Rasim Məmmədov barədə total hücumlra başlanıldı?
Rasim Məmmədovun vətənpərvərlik missiyası onun əleyhinə işlənildi. Xatırladım ki, ali rütbəli insanların, Deputatların, Xalq Yazıçılarının, Xalq şairlərinin, rütbəli dövlət adamlarının, Xalq artistlərinin, Şöhrət-Şərəf-İstiqlal ördeni alan ictimai-siyasi xadimlərin dövlətə, vətənə, xalqa elədiyi misilsiz xidmətləri barədə söylədikləri fikirləri bir kənara qoyub, ona qarşı bütün sferalarda əxlaqsız hücuma keçdilər. Sual yaranır görəsən Ramiz Mehdiyev çetesinə durun deyən tapılacaqmı. Həyatını və bütün enerjisini dövlətçiliyin qorunmasına, sabitliyin bərqərar olmasına, Prezidenrt İlham Əliyev siyasətinin dəstəklənməsinə sərf edən ictimai-siyasi xadimə qarşı belə bir çirkin kompaniyanın aparılması nə vicdana, nə ədalətə, nə də ki, dövlətçilik ənənələrinə uyğun gələn iş deyil.
Şəxsiyyətin ölçü vahidi onun əxlaqı oldğu kimi, sədaqətin də ölçü vahidi zamandır. Rasim Məmmədova qarşı olunan bu haqsız hücumlara baxmayaraq o, öz halal biznesini inkişaf etdirib dövlətimizə vergi ödəməklə Azərbaycanımızın inkişafı naminə böyük missiyanı həyata keçirməklə mükəlləfdir desək yanılmarıq. Rasim Məmmədov Prezidentimizin yeni iş yerlərinin açılmasına dair verdiyi tapşırıqlara uyğun olaraq yeni iş yerlərinin açılmasına nail olmuşdu. Az da olsaq dövlətimizin Qloballaşan dünya böhranında üzərinə götürdüyü böyük məsuliyyətə dəstək verirdi. Dövlət büdcəsindən asılı olmayan, əksinə büdcəyə vergi ödəyən, dövlətdən heç bir vəzifə istəməyən, büdcəni talamayan bir insana qarşı belə hücumlar yalnız Ramiz Mehdiyevin dövlətə yerləşdirdiyi adamların işidir. Onun yegnə istək və arzusu prezidentin ətrafında birləşib, dəmir yumruğa çevrilməkdir. Rasim Məmmədov insanların haqqını qorudu, bunun əksi olaraq onlara qarşı çirkin kompaiya başlandı. Bəli bu birbaşa Ramiz Mehdiyevin çetesinin sağlamdüşüncəli, vətənpərvər insanlara qarşı ideologiyasının ana xəttində dayanan vəzifənin icrası idi. Bu həm də ölkədə vətəndaş qarşıdurması yaradıb, dövlət çevrilişinə nail olmaq idi. Bütün bunlar Ramiz Mehdiyev siyasətinin başlıca prinsiplərinin əsasını təşkil edirdi. Bəli bu birbaşa Ramiz Mehdiyevin qara Rasim adlandırdığı ictimai xadimin fəaliyyətinə kölgə salıb, onu şərləmək və sıradan çıxarmaq idi. O, xalqın Rasimi idi…
Ramiz Mehdiyev demək olar ki, bunu da bacardı. Onun əlaltıları bu işi bacarmış oldu.
Qeyd edim Ki, 2015-ci ildə cənab prezidentin çağırışına səs verən yeganə QHT sədri Rasim Məmmədov idi. Həmin dövrlərdə bir çox QHT sədri var idi ki, onlar MTN çetesinin başında duran Eldar Mahmudovdan qorxaraq prezidenti çağırışına dəstək vermədilər. Dövlət məmurları, Millət vəkilləri səslərini çıxarmadı. Xalqın içindən çıxan və özünü oda-alova atan Rasim Məmmədov həbs və təhdidləri üzərinə götürərək bu missiyanın öhdəsindən gəlib ölkə başçısının çağırışına səs verdi. Hələ xatırladım ki, 2003-cü il prezident seçkilərindən sonra kütlə Musavat partiyasının qarşısına toplanırdı. Bu ərəfədə Rasim Məmmədov ətrafında olan sağlam adamlarla oraya yaxınlaşmış və orada geniş formada vətənpərvər çıxış eləmişdi. Elə o çıxışı onun Ramiz Mehdiyevin hədəfinə gəlməsinə səbəb olmuşdu. Rasim Məmmədov bu çıxışından sonra Ramiz Mehdiyevin qara siyahısına salınmışdı. Elə o vaxtdan da onu qara Rasim adlandırmışdı.
Xatırlayırsınızsa bir iş adamı Rasim Məmmədov da var idi. O, xalqa, sahibkarlara zülm edən, onların zavod və fabriklərini əlindən alan və mənimsəyən bir quldur idi. Onun Ramiz Mehdiyevin göstəriş və tapşırıqlarını həyata keçirməsini hər kəs yaxşı bilir. Bu rasimlərin müqayisəsinə baxın. Biri Ramiz Mehdiyevin qara ləqəbini verdiyi vətənpərvər və ictimai-siyasi xadim, digəri isə onun “qara kassası” olaraq tapşırıq və göstərişlərini həyata keçirən “quldur” zavod direktoru. Budurmu ədalət?
Budurmu vətənə xidmət?
Nəhayət ki, cənab Prezident beşinci kalonun başında duranı zərərsizləşdirdi. Ancaq onun görünməyən silahdaşları ictimai-siyasi xadim və vətənpərvər insan Rasim Məmmədovu təqib eləməkdə davam edir.
Baxın cinayətkar Rasim Məmmədov himayə olunurdu, lakin xalqına dövlətinə, Ümummilli liderinə və Prezidentinə sədaqətlə xidmət edən Rasim Məmmədov isə əzilir, təqib olunur və R. Mehdiyevin şər maşınının qurbanına çevrilirdi.
Əziz oxucular bütün bu fikirləri yazmaqda məqsədimiz, uzun illər Azərbaycanda dövlət məqamlarını əsarətdə saxlayan Ramiz Mehdiyev və ona bağlı bir çetenin zərərsizləşdirilməsi bir daha onu göstərdi ki, onun vasitəsi ilə işi və immici zərbə altında qalan Sabitlik və inkişaf Mərkəzinin sədi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti və İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov haqqında oxuculara geniş məlumat verməyi bir yazar olaraq özümə borc bildk. Onu da bildiririk ki, təkcə Rasim Məmmədov deyil bir çox vətənpərvər iş adamları və gənclər bu çetenin qurbanı olublar.
Hörmətlə araşdırma qrupu.





