Bu bölgədə müharibə başlayır – ABŞ elan etdi

Karib dənizində müharibə getdikcə qaçılmaz hal alır. ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri Donald Trampa “yenilənmiş hərbi seçimlər” təqdim ediblər. 

Bu barədə ABŞ-ın “CBS News” kanalı məlumat yayıb.

Bildirilib ki, hərbi rəsmilər Ağ Evdə ABŞ prezidenti ilə görüş keçiriblər. Görüş zamanı Venesueladakı mövcud vəziyyət müzakirə edilib və bu ölkəyə hücum da daxil olmaqla bütün yenilənmiş hərbi seçimlər Trampa çatdırılıb. Həmçinin, Karib bölgəsi üçün təhlükəsizlik tədbirləri də müzakirə edilib.

Qeyd olunur ki, görüşdə ABŞ-ın müdafiə naziriPit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər. Lakin Venesuela ilə bağlı yekun qərar qəbul edilməyib.

Heqset Qərb yarımkürəsində narkotik qaçaqmalçılığına qarşı mübarizəni hədəfləyən “Cənub Nizəsi” əməliyyatının başladığını elan edib. O, bu əməliyyatın materiki qorumaq, Qərb yarımkürəsində narkotik terrorçularını zərərsizləşdirmək və narkotiklə əlaqəli ölümlərin qarşısını almaq məqsədi daşıdığını bildirib.