Türkiyə Yunanıstana nota verdi

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.

Bu barədə məlumatı “CNN Türk” yayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarələrini paylaşaraq “Günün fotosu” başlığı yazması Türkiyədə birmənalı qarşılanmayıb.

İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.