Bu ölkədə 6 bal gücündə zəlzələ oldu: 29 nəfər xəsarət aldı – Yeniləndi

İndoneziyada baş verən 6 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.

Bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyi məlumat yayıb.

Məlumata görə, 29 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

***

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də İndoneziyanın Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda baş verib. Qəsəbədə 50 minə yaxın insan yaşayır.

Seysmik hadisənin mərkəzi 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.