Azərbaycanlı qadın futbolçu Türkiyədə klubunu dəyişdi

Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova Türkiyənin “Amedspor” klubuna keçib.

Bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi 2025/2026 mövsümündə bu komandada çıxış edəcək.

Ayşən Əhmədova daha əvvəl Türkiyədə “Ünye Gücü”nün formasını geyinib.