Ukraynanın hücumu, rusların narahat gecəsi: 30 PUA vuruldu

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın müxtəlif regionları üzərində 30 pilotsuz uçuş aparatın hücumunu dəf edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rostov vilayətində doqquz PUA vurulub. Pilotsuz uçan aparatın dağıntılarının düşməsi nəticəsində benzin tankeri yanıb. Bölgənin Millerovski və Çertkovski rayonlarında kütləvi hücum qeydə alınıb.

Bildirilir ki, Krım üzərində 8 pilotsuz təyyarə məhv edilib. Onlardan altısı Saratovda, beşi isə Bryanskda, ikisi Belqorod və Volqoqradda ələ keçirilib.

İlkin məlumatlara görə, Ukrayna PUA-sının hücumu nəticəsində itki və xəsarət alanlar qeydə alınmayıb.