Türkiyədə dincələn ruslar kütləvi şəkildə zəhərləndilər: İddia edirlər ki…

Türkiyədə beşulduzlu oteldə rusiyalı turistlər kütləvi şəkildə zəhərlənib.

Hadisə Alanyadakı “Club Hotel Anjeliq”də baş verib. Orada istirahət edən ruslar zəhərlənmədən şikayət ediblər.

Turistlərdə yüksək hərarət, ürəkbulanma və qusma halları olub.

Turistlər bunun səbəbinin yemək olduğunu düşünürlər. Onların sözlərinə görə, oteldə antisanitariya hökm sürür: yeməklərin paylandığı yerdə milçəklər hər tərəfə uçur, boşqablar çirklidir.