Rusiyadan Aİ-nin yeni sanksiyalarına cavab: Siyahı genişlənir

Avropa İttifaqının (Aİ) son sanksiyalar paketinə cavab olaraq, Moskva Rusiya ərazisinə girişi qadağan olunmuş Aİ vətəndaşlarının siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu, xüsusilə Ukraynaya hərbi yardım göstərməkdə və Rusiyanın ərazi bütövlüyünü pozmağa yönəlmiş fəaliyyətlərdə məsul olan hüquq-mühafizə orqanlarının, dövlət və kommersiya təşkilatlarının əməkdaşlarına, Aİ-yə üzv dövlətlərin və bir sıra digər Qərb ölkələrinin vətəndaşlarına aiddir.

Söhbət həm də Rusiya rəhbərliyinə qarşı “tribunal”ın yaradılmasında iştirak edən məmurların təqibində iştirak edən, dövlət əmlakının müsadirə olunmasını müdafiə edən Aİ ölkələrinin və digər Avropa dövlətlərinin struktur və hökumət orqanlarının nümayəndələrindən gedir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin sonrakı sanksiya qərarlarının da adekvat cavab alacağını vurğulayıb.