Kiyevdə öldürülən polkovnik kimdir? – Rusiyaya böyük problemlər yaradırmış

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin Kiyevdə güllələndiyi barədə məlumat vermişdik.

Öldürülən polkovnikin fəaliyyəti ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

SBU Xüsusi Əməliyyat Mərkəzinin 16-cı şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili olan Voroniçin Rusiya üçün xeyli problemlər yaratdığı bildirilir

“Strana.ua” nəşri bu barədə kəşfiyyatçı Roman Çervinskiyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, SBU polkovniki “düşmən qatili” – ehtimal ki, Rusiya tərəfindən aradan götürülüb. Jurnalistlər kəşfiyyatçıdan sitat gətiriblər: “Voroniç 2014-cü ildən düşmənlə vuruşur və hazırda Rusiya Federasiyası üçün çoxlu problemlər yaradan şöbənin qurucularından biri olub”.

“Shot” Telegram kanalı isə iddia edib ki, Voroniç Rusiya ərazisində təxribat hazırlayırmış.