Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur – MARAQLI ARAŞDIRMA

0
509
İngiltərədə keçirilən yeni bir araşdırmaya görə, hamilə və yeni doğuş keçirən qadınların qoxusu kişilərin uşaqlara olan marağını artırır. Elm adamları “Hamiləlikdən sonra bədən qoxusuna məruz qalmanın ataların uşaqlarına qarşı diqqətini əhəmiyyətli dərəcədə artırdığına dair ilk sübutları tapdıq” deyib.
Sözügedən araşdırma üçün 19-44 yaşları arasında 91 kişidən ibarət bir qrupa 10 dəqiqə ərzində ard-arda qoxu nümunələri təqdim olunub. Bu nümunələr arasında hamiləliyin erkən dövrü, son dövrü və doğuşdan sonrakı dövr yer alıb.
Araşdırma zamanı iştirakçılara kişi, qadın və uşaq üzlərinin görüntülərinə baxmaq tələb olunub. Analığın ilk dövrünə aid qoxulara məruz qalan iştirakçıların bu görüntüləri qoxlamayan kişilərə nisbətən uşaq görüntülərinə daha uzun müddət baxdığı görülüb.