Türkiyə və ABŞ Suriya ilə bağlı birgə bəyanat yaydı

0
15

Türkiyə ilə ABŞ-ın Suriya İşçi Qrupu ilə bağlı birgə bəyanatı yayımlanıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Türkiyə ilə ABŞ Suriyada sabitlik və təhlükəsizlik sahəsində əməkdaşlıq və koordinasiyanı hər iki ölkə prezidentlərinin ortaya qoyduqları iradə çərçivədə artırmaqda qərarlıdırlar.

ABŞ, Suriya İşçi Qrupunun yeni mərhələsi üçün Türkiyə heyətinə Vaşinqtonda ev sahibliyi edib. Türkiyə və ABŞ-ın müxtəlif dövlət qurumlarından ibarət nümayəndə heyətlərinin tərkibində iki ölkənin xarici işlər nazirlərinin müavinləri Nuh Yılmaz və Kristofer Landau rəhbərlik ediblər.

Nümayəndə heyətləri tərəfindən görüşdə Prezident Donald Trampın göstərişi ilə tətbiq olunan sanksiyaların ləğv edilməsi, terrorizmin bütün formaları, eləcə də təzahürləri ilə mübarizə də daxil olmaqla, Suriyaya dair ortaq prioritetləri müzakirə olunub.

Türkiyə ilə ABŞ, sabit, ölkə daxilində və qonşu coğrafiyalarla barışıq bir Suriya baxışında həmfikirdirlər. Bu baxış ölkəsindən didərgin düşmüş milyonlarla suriyalının evlərinə qayıtmasına da şərait yaradacaq.

Türkiyə və ABŞ Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha təsdiq edirlər. Terror təşkilatlarına sığınacaq verməyən, sabit və birliyini qoruyan bir Suriya, regional təhlükəsizlik və rifaha töhfə verəcək.