2025-ci ildə keçiriləcək “Qızıl top” mükafatlandırma mərasiminin tarixi açıqlanıb.
Mükafatın təşkilat komitəsinin verdiyi məlumata görə, 2025-ci ildə qala tədbiri sentyabrın 22-də Parisin Şatle Teatrında keçiriləcək. Bu, 69-cu Ballon d’Or mərasimi olacaq.
Ötən il nüfuzlu mükafatı “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanmışdı.
Bu il mükafatı qazanmaq üçün favoritlər bunlardır:
Ousmane Dembele (PSJ, Fransa);
Lamin Yamal (Barselona, İspaniya);
Rafinha (Barselona, Braziliya).