Qərb Rusiyaya qarşı plan hazırlayıb: Bu ölkədəki Fransa ordusu…

0
40

Ukraynada atəşkəs əldə olunarsa, Qərb ölkələri Rusiyanı razılaşmanı pozmaqda ittiham etmək niyyətindədir.

Bu planı britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube kanalında açıqlayıb .

“Qüvvəyə minsə belə, elə həmin anda Rusiyaya qarşı atəşkəsi pozduğuna görə ittihamlar başlayacaq. Bu, Rusiyaya iqtisadi və hərbi təzyiqlərin artmasına səbəb olacaq”, – ekspert bildirib.

Onun sözlərinə görə, atəşkəs dövründə Ukraynaya xarici qoşunların yeridilməsi çətin, lakin mümkündür. Nümunə olaraq Merkuris Rumıniya ərazisində yerləşən Fransa ordusunu göstərib.