İran və ABŞ razılığa gəldilər – Yaxın vaxtlarda…

0
19

İran və ABŞ yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsini keçirəcək.

Bu barədə IRIB telekanalı məlumat yayıb.

“Tərəflər razılaşıblar ki, danışıqların növbəti raundu yaxın vaxtlarda iki ölkə arasında koordinasiyadan sonra Omandan olan koordinatorun əməkdaşlığı ilə baş tutsun”, – məlumatda deyilir.

Mayın 11-də Oman tərəfinin vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçirilib. İki həftəlik fasilədən sonra danışıqlar davam etdirilib. Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda, ikincisi isə aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Vaşinqton arasında keçirilən dolayı danışıqların dördüncü mərhələsini şərh edib. O, görüşün “çətin, lakin faydalı” olduğunu deyib.